“Qazaxıstandakı hadisələrin arxasında FƏTÖ durur” – Rusiyalı deputatdan şok iddia
2022-01-07 17:06:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Ruslan Balbek Qazaxıstanda baş verən hadisələrdə FƏTÖ təşkilatının əli olduğunu iddia edib. Balbek deyib: “Hadisələri FƏTÖ məktəbinin məzunları ilə İŞİD təhrik edir”.
“RİA Novosti”yə müsahibə verən Balber bildirib ki, Qazaxıstandakı iğtişaşları Türkiyədəki Fətullah Gülən məktəblərində təhsil almış qazaxlar idarə edirlər: “Qərargahlarda” Fətullah Gülənin təhsil müəssisələrində təhsil almış qazaxlar oturublar”. Balbek iğtişaşların arxasında İŞİD yaraqlılarının da durduğunu əlavə edib.
Tarix elmləri doktoru Mehmet Perinçek də “RİA Novosti” kanalına müsahibəsində hadisələrdə FƏTÖ təşkilatının əli olduğu ehtimalını səsləndirib.
Hürr Tərcüman