📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstandakı “MakDonalds” restoranları işləmir

2022-07-05 14:21:00

Qazaxıstandakı “MakDonalds” restoranları işləmir

Hurriyyet.az “Sputnik Qazaxıstan” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan ərazisindəki “MakDonalds” müəssisələri işlərini dayandırıblar. Agentliyin müxbirləri restoranlar şəbəkəsinin Almatı şəhərindəki bir neçə məntəqəsinə baş çəkiblər və qapıda “restoran texniki səbəblərdən müvəqqəti olaraq bağlıdır” yazısı ilə qarşılaşıblar.

Restoranın saytında dərc edilmiş məlumatda deyilir:

“Dəyərli qonaqlar! “McDonald's”  restoranlarının texniki səbəblərdən müvəqqəti olaraq işləmədiyini xəbər veririk. Yeniliklərimizi izləyin, restoranlar yenidən açılan kimi dərhal xəbər verəcəyik. Narahatlığa görə üzr istəyirik”.

Yerli sakinlərin sosial şəbəkələrdə yazdıqlarına görə, Qazaxıstan “MakDonalds”ı Rusiya bazarındakı rəsmi tədarükçünün getməsindən sonra çətinliklərlə qarşılaşıb – Qazaxıstana “xammal” oradan gəlirmiş.

Hürr Tərcüman