📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstandan MÖVQE: ilkin hesabatın dərcinə qədər təyyarənin qəzaya uğraması ilə bağlı qeyri-rəsmi məlumatı şərh etməyəcək

2025-01-16 12:14:01

Qazaxıstandan MÖVQE: ilkin hesabatın dərcinə qədər təyyarənin qəzaya uğraması ilə bağlı qeyri-rəsmi məlumatı şərh etməyəcək

Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib ki, ilkin hesabat dərc olunana qədər AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı qeyri-rəsmi məlumatı şərh etməyəcək.

“Biz heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcəyik. Təyyarənin qəzaya uğrama səbəblərinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir”, məlumatda deyilir.

Dünən Rusiya KİV-ləri iddiaya görə təyyarə heyətinin hava limanı dispetçerləri ilə danışıqlarının stenoqramını dərc edib, onun necə və harada əldə edildiyi göstərilməyib.

Ülviyyə, Hurriyyet.az