📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qazaxıstanı irimiqyaslı islahatlar gözləyir" - Tokayev

2022-03-21 12:11:00

“Qarşıda bizi irimiqyaslı islahatlar, yeni Qazaxıstanın quruculuğu gözləyir”.

Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev martın 21-də Novruz bayramına həsr edilən tədbirdə bildirib.

“Biz gənclərlə birlikdə yeni Qazaxıstan quracağıq, bizim bu istiqamətdə bütün işlərimiz alınacaq, ikinci respublika yaranmayacaq”, - Kasım-Jomart Tokayev vurğulayıb.

Xatırladaq ki, Novruz bayramı Qazaxıstanda da dövlət səviyyəsində qeyd olunur. Bayramla əlaqədar martın 21-23-ü istirahət günləridir. \\Report