📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanın daha bir bankı "Mir"ə xidməti dayandırdı

2022-10-20 00:09:00

Qazaxıstanın daha bir bankı

Qırğızıstanın daha bir bankı Rusiyanın “Mir” kartları ilə bağlı əməliyyatları dayandırıb.

Bu barədə “Bank of Asia” bankının mətbuat xidməti məlumat verib.

"Hörmətli müştərilər, nəzərinizə çatdırırıq ki, 18 oktyabr tarixindən etibarən bankın bankomat və POS-terminallarında “Mir” kartları ilə bağlı əməliyyatlar dayandırılıb. Yaranmış narahatlığa görə üzr istəyirik və anlayışınıza görə təşəkkür edirik", - bankdan bildirilib.

Qeyd edək ki, Qırğızıstanda ümumilikdə 23 bank fəaliyyət göstərir. Daha öncə də ölkənin "Doskredobank", "Bakai Bank" və “Kompanion” bankı “Mir”lə bağlı xidməti dayandırıb. \\Axar