📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanın ən yaşlı qadını vəfat edib: 116 il yaşamağın sirri nədə idi?

2026-11-03 15:50:53

Qazaxıstanın ən yaşlı qadını vəfat edib: 116 il yaşamağın sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, Tuymequl Temirbayeva 1910-cu il yanvarın 1-də Cambul vilayətinin Baykadam rayonunda anadan olub. 22 yaşında Ayazbay Temirbayevlə ailə qurub və bundan sonra əri ilə birlikdə Janaarkinski rayonuna köçüb və 90 ildən çox müddətdə burada yaşayıb. Onlar birlikdə dörd uşaq böyüdüblər. Uzun ömrü boyu Tuymequl 15 nəvə və 25 nəticəyə sahib olub.

O, uzunömürlülüyünün əsas sirrinin doğmalarının qayğısı, mənəvi rahatlıq və fiziki əmək olduğunu hesab edirdi. Onun valideynləri atların yetişdirilməsi ilə məşğul olublar, ona görə də qızcığaz kiçik yaşlarından onlara ev işlərində kömək etmək məcburiyyətində qalıb: madyanları sağmaq, qımız hazırlamaq və onun həyatında xüsusi yer tutan atlara qulluq etmək.

Tuymequl Temirbayeva danışırdı ki, at sürməyi çox sevirmiş və hətta qoca yaşlarında belə aktivliyini saxlamağa çalışıb. Onun fikrincə, məhz hərəkət və daimi əmək ona gümrah qalmağa kömək edib.