Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri xəyanətdə ittiham olunur
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısı Kərim Məsimov ilə onun müavini Anyar Sadıkulova qarşı cinayət işi açılıb. Bu barədə məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi yayıb.
Cinayət işinin “tamamilə məxfi” qrifi altında aparıldığı bildirilir. Komitədən bildiriblər ki, dövlətə xəyanət; hakimiyyəti zorla devirməyə və ya konstitusiya quruluşunu dəyişdirməyə cəhd; vəzifə səlahiyyətlərini aşmaq və ya bu səlahiyyətdən şəxsi mənafe, başqa insanların, yaxud da təşkilatların mənafeləri üçün istifadə maddələri üzrə araşdırma aparılır.
Milliyyətcə uyğur olan Kərim Məsimov Nursultan Nazarbayevin prezidentliyi dövründə Qazaxıstanın Baş naziri olub (2014-cü il aprelin 2-dən 2016-cı il sentyabrın 8-nə qədər), sonra isə həbs edildiyi günə qədər – 2022-ci il yanvarın 5-nə kimi Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini icra edib.
Hürr Tərcüman