📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri həbs edilib

2022-01-08 13:42:00

Qazaxıstanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri həbs edilib

Hurriyyet.az “Gazeta.ru” portalına istinadən xəbər verir ki, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimov dövlətə xəyanətdə ittiham edilərək həbs olunub. Bu barədə açıqlamanı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti verib.

Milliyyətcə uyğur olan Kərim Məsimov Nursultan Nazarbayevin prezidentliyi dövründə Qazaxıstanın Baş naziri olub (2014-cü il aprelin 2-dən 2016-cı il sentyabrın 8-nə qədər), sonra isə 2022-ci il yanvarın 5-nə kimi Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini icra edib.

Hürr Tərcüman