Qazaxıstanın Rusiya, Çin və İranla arasını vurmaq üçün Qərbə “Böyük Turan” lazımdır-Rusiyalı ekspertdən açıqlama
Qazaxıstanın Rusiya, Çin və İranla arasını vurmaq üçün Qərbə “Böyük Turan” lazımdır. Ankara “Böyük Turan” yaratmaq ideyasını irəli sürür və ya bütün bu ölkələri öz rəhbərliyi altında birləşdirir. Türkiyə hərbi standartlarını və silah modellərini Orta Asiya ölkələrində də tətbiq etməyə çalışır. Ancaq Ankaranın belə bir layihə üçün iqtisadi bazası yoxdur. Bunu rus ekspert bildirib.
“Yeni Cəmiyyət İnstitutu”nun direktoru, siyasi ekspert Vasili Koltaşov Ankaranın Böyük Turan layihəsində “kiçik tərəfdaşı”nın rolunun Astana üçün hansı riskləri daşıdığını təhlil edib.
“Mərkəzi Asiya və Qafqaz regionu ölkələri üçün “Böyük Turan” adlı layihənin oynanılması Qərbin marionetkasına çevrilmək təhlükəsi yaradır. Onlar ideoloji cəhətdən şişirdiləcək və Rusiyaya qarşı işə salınmaq üçün istifadə olunacaqlar. Çünki bu ölkələrin Rusiyaya qarşı birləşməsinə imkan verməsəydi, Qərbin heç bir Turana ehtiyacı olmazdı”, deyə Vasili Koltaşov bildirir.
Ülviyyə, Hurriyyet.az