📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanla ABŞ arasında yaxınlaşma

2024-08-28 14:14:47

Qazaxıstanla ABŞ arasında yaxınlaşma

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Qazaxıstan ilə ABŞ arasında birbaşa uçuşlar həyata keçirilə bilər. Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat verib. 2025-cü ilin axırlarında Astana ilə Nyu-York şəhərləri arasında birbaşa aviareyslərin olacağı gözlənilir. İki ölkənin aviasiya idarələri arasında müvafiq danışıqlar aparılıb. Planın baş tutacağı təqdirdə, həftədə iki dəfə həmin marşrut üzrə sərnişin daşınması həyata keçiriləcək.
Astana ilə Nyu-York arasında hava yolunun uzunluğu 9,2 min kilometr, uçuş müddəti 17,5 saatdır.
Hürr Tərcüman