📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanla Azərbaycanın yaxınlaşmasından İranın "yuxusu ərşə çəkilib"

2023-05-12 17:28:00

Qazaxıstanla Azərbaycanın yaxınlaşmasından İranın

Azərbaycanın geosiyasi müstəvidə uğurlarının ölkə sərhədlərini aşacaq qədər atrması İranın "yuxusuna haram qatıb". Belə ki, İranın "Nameh News" saytında, "Şimalda yaranmaqda olan yeni güc: Astananın Bakı ilə yaxınlaşması; İrana qarşı yeni təhlükə formalaşır?" başlıqlı yazıda Azərbaycanın Qazaxıstanla yaxınlaşmasından narahatçılıq açıq-aşkar əks olunur. 
"Nameh News" saytı yazır: “Azərbaycanla Qazaxıstanın yaxınlaşması iqtisadi sazişlər, yol tikintisi və gəmiçilik sahəsində müxtəlif əməkdaşlıqlar vasitəsilə start götürüb, lakin o, yaxın illərdə siyasi mərhələyə də keçə bilər, belə olan halda, İranın şimalında böyük gücün formalaşması ehtimalı yüksəkdir.
Dünyanın və regionun siyasi şəraiti sürətlə dəyişir. İran Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə münaqişə və mübahisələrini həll edərkən, Tehranın Qafqaz və keçmiş SSRİ ərazilərindəki potensial rəqibləri güclənməkdədir. Siyasi gücü günü-gündən artan həmin ölkələrdən biri də Qazaxıstandır. Qazaxıstanın güclənməkdə olan digər ölkə - Azərbaycanla yaxınlaşması İranın şimalında bir sıra proseslər yarada bilər.
“National Interest” nəşri isə Qazaxıstanın strateji mövqeyini və hazırda olduğu xüsusi vəziyyətini nəzərdən keçirdikdən sonra Qazaxıstanın Azərbaycanla yaxınlaşması ehtimalının yüksək olduğunu vurğulayır.
Qeyd edilir ki, bu iki ölkə Xəzərin hər iki sahilində yerləşir və hər ikisi Sovet İttifaqından ayrılmış ölkələr sırasındadır ki, bu da onların tarixi, mədəni və coğrafi yaxınlığını göstərir. 
Sitat: “Bu iki ölkənin hər birinin müxtəlif iqtisadi resursları var. Qazaxıstanla yanaşı, Azərbaycan da Cənubi Qafqazda mühüm oyunçudur və Avropa ilə Asiyanı birləşdirən neft və qaz təchizatı üçün vacib tranzit qovşağı sayılır. Azərbaycan və Qazaxıstan arasında bu yaxınlarda imzalanmış ikitərəfli saziş bu iki ölkəni həmişəkindən daha çox bir-birinə yaxınlaşdıra bilər”.

Ülviyyə, Hurriyyet.az