Qazaxıstanla Özbəkistan birgə təlim keçirəcəklər
2021-11-15 18:18:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Qazaxıstan ilə Özbəkistan hərbçiləri “Hamkorlik-2021” adı altında birgə hərbi təlim keçirəcəklər.
Təlimlər 17-24 noyabr tarixində Özbəkistanın cənubundakı “Termez” poliqonunda keçiriləcək.
Məlumatı Qazaxıstanın Müdafiə Nazirliyi verib.
Birgə manevrlərin məqsədi – iki qardaş dövlət arasında hərbi əməkdaşlığın güclənməsidir.
Hürr Tərcüman