📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanla Pakistan arasında hərbi əməkdaşlıq planı imzalandı

2021-10-28 17:51:00

Qazaxıstanla Pakistan arasında hərbi əməkdaşlıq planı imzalandı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Qazaxıstan ilə Pakistan dövlətləri arasında hərbi əməkdaşlıq planı sənədi imzalanıb. Nur-Sultan şəhərində keçirilən görüş zamanı iki ölkənin müdafiə nazirliklərinin nümayəndələri hərbi əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Qazaxıstan nümayəndələrinə Müdafiə nazirinin müavini Məhhəmmədcan Talasov, Pakistan heyərinə isə general-mayor Məcid Cahangir başçılıq edib. Qazaxıstan-Pakistan Hərbi Komissiyasının altıncı iclasında 2021-ci ildəki əməkdaşlıq qiymətləndirilib və 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Yeni planın layihəsinə hərbi hazırlıq tədbirləri, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər hərbi məsələlər daxil edilib. Pakistan heyəti Almatıdakı Sülhməramlı Hazırlığı Mərkəzində də olacaq.

 

Hürr Tərcüman