Qazaxlar fransızlara at əti satacaqlar
2023-11-02 12:35:26
Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Makronun dünənki səfərindən sonra Qazaxıstanın Baş nazirinin müavini Serik Jumanqarin jurnalistlərə açıqlamasında Qazaxıstanın Fransaya at əti ixracını artırmağı planlaşdırdığını bildirib.
Jumanqarin deyib: “At ətinin ixracı ilə bağlı fransızlarla danışıq aparıldı. Fransa – at ətini istehlak edən ölkədir. Bizim 32 nəfər tədarükçümüz Yaponiyaya at əti çatdırır. Fransaya da at əti ixracını artırmalıyıq. Dünən Fransanın nümayəndə heyətinə yeməyə at əti verdik. Yenə istədilər”.
Hürr Tərcüman