📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qazaxlı Alik”in oğlu həbs edildi

2023-10-04 17:55:18

“Qazaxlı Alik”in oğlu həbs edildi

“Qazaxlı Alik”in oğlu həbs edilib.

APA xəbər verir ki, “Qazaxlı Alik”in oğlu Fuad Muradov həbs olunub.

O, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir.

Fuad Muradov Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.