📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qazaxlı Alik"in oğluna hökm oxundu

2025-02-19 16:27:09

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub.

Hurriyyet.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan edilib.

Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. G.Hacıyevaya isə 5 il müddətinə şərti cəza verilib.

Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.

Qeyd edək ki, o, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.

Unikal.az