📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

2026-08-09 13:51:27

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

Türkiyənin Qaziantep şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Nurdağı rayonunda baş verən zəlzələnin episentri 80 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Qazianteplə yanaşı, Kilis, Kahramanmaraş, Osmaniyə ve Hatayda da hiss edilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.