📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə ETİRAZ AKSİYASI KEÇİRİB - VİDEO

2022-10-08 22:10:00

Qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə ETİRAZ AKSİYASI KEÇİRİB - VİDEO

Oktyabrın 7-də II Qarabağ müharibəsi qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçiriblər. 

Hurriyyet.az xəbər verir ki, qazilərin sözlərinə görə, sosial durumları ağırdır, çünki nə əlillik dərəcəsi ala bilirlər, nə də iş tapa bilirlər. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov qazilərin təkrar komissiyadan keçiriləcəyini bildirib. 

44 günlük müharibədən sonra vaxtaşırı qazilər ƏƏSMN önündə etiraz aksiyası keçirir.

Onlar sosial problemlərini və əlillik dərəcələrini düzgün təyin olunmadığını dilə gətirir. 44 qazi isə intihar edib.

 

 

Mənbə: Toplum.tv