📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qazprom” Ermənistana qaz verilişini dayandırır

2023-05-01 12:54:00

“Qazprom” Ermənistana qaz verilişini dayandırır

Hurriyyet.az xəbər verir ki, “Qazprom-Ermənistan” şirkəti “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işlərinin keçirilməsi ilə əlaqədar qaz verilişinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib.

Şirkətin açıqlamasında deyilir: ““Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərinin Stavropol diyarından keçən ərazisində planlı təmir işlərinin keçirilməsi ilə əlaqədar Ermənistana qaz verilişi 1 may saat 8:00-dan 4 may saat 20:00-a qədər müvəqqəti olaraq dayandırılır”.

Ölkədə isltehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz təmin ediləcək.

Hürr Tərcüman