"Qazprom" Macarıstana qazı Avropadakı bazar qiymətindən beş dəfə ucuz satır
Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı bildirib ki, Macarıstan Rusiya qazını Avropadakı bazar qiymətindən 5 dəfə ucuz alır. Bu barədə TASS xəbər verir.
“Deyə bilərik ki, keçən il 2036-cı ilə qədər müddət üçün imzalanmış bu müqavilələr, ilk növbədə, sizin işinizin nəticəsidir”, deyə Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, uzunmüddətli müqavilələr təkcə sabit tədarükü təmin etmir, həm də “bu gün Macarıstan Rusiya qazını Avropadakı bazar qiymətindən beş dəfə ucuz alır”.
Daha əvvəl Macarıstanın XİN naziri Petr Siyarto bildirmişdi ki, Avropa ölkələrindən heç biri “Qazprom” tərəfindən öhdəliklərin pozulması ilə üzləşməyib. O izah edib ki, bir sıra avropalı siyasətçilərin Rusiyaya qarşı səslənən qazın yetərli qədər olmaması ilə bağlı ittihamları işin kommersiya tərəfi ilə bağlıdır. Siyartonun sözlərinə görə, Rusiya şirkəti ilə razılaşmaq “çətindir”, lakin “Qazprom” nəzərdə tutulan hər şeyi yerinə yetirir.
Ülviyyə, Hurriyyet.az