“Qazprom”: “Türkiyədə qaz qovşağının açılması Azərbaycan üçün də, Avropa üçün də sərfəli olacaq”
2022-10-27 13:20:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, “Qazprom”un direktorlar şurasının sədri Viktor Zubkov Bakıda keçirilən Avrasiya İqtisadi Forumu zamanı jurnalistlərə müsahibəsində Türkiyədə qaz qovşağının açılmasının Rusiya, Türkiyə, Azərbaycan və Avropa ölkələri üçün sərfəli olacağını söyləyib. Zubkov deyib: “Bu qovşaq hamı üçün sərfəlidir – Rusiya, Türkiyə, Azərbaycan və Avropa üçün. Bunun sərfəli olduğunu anlamaq və bu məsələ ilə ciddi məşğul olmaq lazımdır”.
Zubkov xatırladıb ki, Bakı həmişə Moskvanın müttəfiqi olub və Azərbaycan bəzən öz ehtiyacı üçün Rusiyadan qaz alır. Onun sözlərinə görə, qaz Türkiyəyə çatdırılqdan sonra Avropa bazarında satılarkən “mahiyyətçə qazın sahibinin kim olduğu” bilinməyəcək.
Hürr Tərcüman