"Qazprom" Yens Stoltenberqin açıqlamasından sonra Moldovaya "göz ağardır"
Rusiya-Moldova "qaz sirki" uzandıqca uzanır: Qazprom hər ay ödəniş etmədiyinə görə bu ölkəyə qaz dayandırmaqla hədələyir. Moldova isə qışın növbəti ayını başa vurmaq üçün Çinin faizsiz kreditilə "Moldovaqaz"ı kreditləşdirir.
Belə ki, Moldova ilə “Qazprom” arasında hökumətin fəxr etdiyi yeni saziş qüvvədən düşə bilər. Rusiya Federasiyası tərəfindən müqavilənin şərti qaza görə 700 milyon dollardan çox borcun ödənilməsidir. Moldova isə belə hesab edir ki, bu qiymət həddən çox şişirdilib. İmzalanmış protokola əsasən, audit hesabatı "Moldovaqaz"ın Müşahidə Şurasının 2022-ci ilin mayında keçiriləcək iclasında təsdiq edilməlidir, Moldova isə auditin pulunu ödəməyi öz üzərinə götürür.
Dünəndən etibarən NATO-nun baş katibi Yens Stoltenberqin Rusiya qoşunlarının Ukrayna, Gürcüstan və Moldovadan çıxarılması təklifi ilə “Qazprom” və Moldova arasında münasibətlərdə anlaşılmazlıq yaranıb. Çətin ki, bu bəyanat Modovaya satılan qazın qiymətinə hansısa şəkildə təsir göstərsin, lakin şübhəsiz ki, Maya Sandu hökuməti ondan danışıqlarda arqument kimi istifadə etməyə çalışacaq.
Beləliklə, moldovalılara qışı güzəştli qaz qiymətləri ilə və köhnə borclarını ödəmədən və cari təchizatı birtəhər ödəmədən keçirməyə zəmanət verilir. Sonra isə hesabat təqdim ediləcək, tərəflərdən birinin audit nəticələrinin müzakirəsi və qaz müharibələrinin yeni mərhələsi başlayacaq ki, bu da yenidən Moldovanın qələbəsi və güzəştli qiymətə qazla başa çatacaq. Göründüyü kimi, Moskva post-sovet ölkələrindəki ağrılı nöqtələr kimi yaratdığı münaqişə ocaqlarının istifadəsinə yetərli maliyyə sərf edir.
Ülviyyə, Hurriyyet.az