📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qəbələ” - “Qarabağ” oyununda insident yaşandı (VİDEO)

2023-09-25 22:34:33

“Qəbələ” - “Qarabağ” oyununda insident yaşandı (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda keçirilən "Qəbələ” - "Qarabağ” oyununda insident yaşanıb.

Hurriyyet.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, görüşün ilk hissəsinin sonlarında Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina Bilal Auaşeriyaya zərbə vurduğu üçün oyunçular arasında dava düşüb.

Ardınca baş hakim meydana daxil olduğuna görə "Qəbələ”nin köməkçi məşqçisi Rasim Ramaldanova birbaşa qırmızı vərəqə göstərib. Daha sonra ədalət təmsilçisi Medinanı meydandan qovub.

Etirazçılar arasına qoşulan Qurban Qurbanov da vərəqə ilə cəzalandırılıb.