Qəbələdə çayxana və mağaza yandı
2026-01-25 10:20:04
Qəbələ rayonunda çayxana və mağaza yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mıxlıqovaq kəndində baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.
Yanğın zamanı Mikayılov Valeh Əlipənah oğluna məxsus ümumi sahəsi 120 k/m olan mağaz və ona bitişik çayxana tamamilə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır