📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəbələdə leysan yağışları güclü fəsadlar törədib, yollar bağlanıb

2024-06-26 09:01:26

Qəbələdə leysan yağışları güclü fəsadlar törədib, yollar bağlanıb

Səhər saatlarından başlayaraq güclü leysan yağışları Qəbələdə fəsadlar törədib.

APA-nin Şirvan bürosu xəbər verir ki, küləklə müşayət olunan leysan yağışları nəticəsində bir çox küçələri sel suları dağıdıb, ağaclar aşıb, hələ də rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qəbələ Şəki avtomobil yolunda külək nəticəsində bir çox ağac aşaraq yolun müvəqqəti bağlamasına səbəb olub.

Hazırda ərazidə işlər aparılır