📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəbələdə toyda kütləvi zəhərlənmə

2024-08-16 10:03:41

Qəbələdə toyda kütləvi zəhərlənmə

Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

Hurriyyet.az xəbər verir ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.

İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

qafqazinfo.az