📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəbələdə yol bağlandı, nazirlik hərəkətə keçdi - Video

2024-06-26 14:03:16

Qəbələdə yol bağlandı, nazirlik hərəkətə keçdi - Video

Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində iki ədəd irigövdəli ağacın aşması nəticəsində magistral yol bağlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə bölünərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.