📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qəhrəmancasına və fədakarcasına döyüşmək azdı, ağıllı döyüşə bilmək qələbənin əsas şərtlərindəndir" - FUAD ÇIRAQOV

2023-12-29 16:43:08

"Bu baxımdan, hesab edirəm ki, Vətən müharibəmizi yaxşı öyrənməliyik, təkcə yaxşı məqamlarını deyil, səhvlərimizi də bilməliyik"

"1991-ci ildə SSRİ dağılana qədər SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasından cəmi 1 azərbaycanlı məzun olub. Demək, hələ çar dövründən azərbaycanlıların sonra isə SSRİ dövründə orduda döyüş qabiliyyətli hissələrə aparılmaması, tikinti, təsərrüfat (xleborez) hissələrə məqsədli şəkildə aparılması haqqında bilirdik. Nəticədə I Qarabağ müharibəsi başlayanda yeni Azərbaycan ordusunun məğlubiyyətinin səbəblərindən biri də xüsusilə xırda və orta komandir heyətinin çatışmaması oldu". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov bildirib.

Politoloqun sözlərinə görə, vəziyyəti bir qədər yaxşılaşdıran Cəmşid Naxçıvanski hərbi litseyi olmuşdu: "Hərbi biliklərin cəmiyyətdə diffuziya olunması məsələsi də var, nəticədə cəmiyyətin də ictimai diskursun da ümumilikdə hərbi biliklər səviyyəsi aşağı idi. Məsələn, məni ən heyran edən faktlardan biri Ukrayna müharibəsi zamanı adi əsgərlərin döyüşdüklərini necə gözəl və elmi şəkildə izah edə bilmələridir. SSRİ dövründə də ən yaxşı zabitlər ukraynalılar hesab edilirdilər. Artıq öz Vətən müharibəmizdən sonra bizdə də gopçularlar yanaşı, döyüşlərini savadlı izah edənlərə rast gəlirəm. Qəhrəmancasına və fədakarcasına döyüşmək azdı, ağıllı döyüşə bilmək qələbənin əsas şərtlərindəndir. Bu baxımdan, hesab edirəm ki, Vətən müharibəmizi yaxşı öyrənməliyik, təkcə yaxşı məqamlarını deyil, səhvlərimizi də bilməliyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az