Qəndəhar hökumətin nəzarətindən çıxıb
“Taliban” Qəndəhar şəhərinin bir hissəsini də ələ keçirib. Qəndəharın 17 rayonundan yalnız Taxtapol hökumətin nəzarətindədir.
“Tolo News” xəbər verir ki, hökumət səlahiyyətlilərinə görə, mübaribə Əfqanıstanın cənubunda, xüsusən son aylarda şiddətli döyüşlərin yaşandığı Qəndəhar əyalətində 20-30 min adamı didərgin salıb. Farah, Badqis və Helmand əyalətlərindən köçkün düşmüş ailələr də var. Məcburi köçkün ailələri indi yemək, sığınacaq və sağlamlıq xidmətlərindən məhrumdur.
Hacı Düşərgəsi köçkün ailələrin yaşadığı bölgələrdən biridir. Hökumət onlara gündə bir dəfə yemək verir. Həkimlər və səhiyyə işçiləri könüllü olaraq digər zəruri yardımları göstərir. Qaçqınlar Departamentinin məlumatına görə, Qəndəharda köçkün düşənlərin ümumi sayının 20 min ailə olduğu təxmin edilir. Ancaq yerli ağsaqqallar sayın 30 mindən çox olduğunu söyləyir.
Belkis adlı məcburi köçkün deyir ki, taliblər çox amansız olub. Onlar onun oğlunu gözü qarşısında öldürüb, gəlinini onlara verməyi istəyib. Qəndəharlı həkim Sabavun deyir ki, aralarında yüzlərlə hamilə qadın var, hər an onlar dünyaya uşaq gətirə bilər, amma onlara kömək etmək və ya xəstəxanalara aparmaq üçün burada heç bir tibbi xidmət yoxdur. Məcburi köçkün Nadya deyir ki, “Taliban” xalq üçün heç bir iş görməyib, körpü tikməyib, içməli su ilə təmin etdi, sadəcə gəncləri öldürüb gənc qadınları dul qoyub.
AzPolitika.info