📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəndildə silahlı dronla antiterror əməliyyatı keçirildi - Türkiyə MN

2022-04-02 12:57:00

Qəndildə silahlı dronla antiterror əməliyyatı keçirildi  - Türkiyə MN

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qəndil bölgəsində PKK/YPG terror təşkilatının 4 nəfər üzvünün silahlı dron vasitəsi ilə zərərsizləşdirildiyini bildirib.

Bu barədə açıqlama Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter” şəbəkəsindəki səhifəsində verilib. Açıqlamada ən son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlara qətiyyətlə davam ediləcəyi xəbər verilir.

Hürr Tərcüman