📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qənirə Paşayevanın vəfat etdiyi bildirilir

2023-09-28 20:58:49

Qənirə Paşayevanın vəfat etdiyi bildirilir

Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 

Hurriyyet.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!