📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərar qəbul edildi: Rusiya AŞPA-dan çıxarıldı

2022-03-16 11:18:00

Qərar qəbul edildi: Rusiya AŞPA-dan çıxarıldı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının Avropa Şurasından xaric olunması barədə qərar qəbul ediblər.

Heç bir ölkə qərarın əleyhinə səs verməyib. Rusiyanın AŞ-dən çıxarılmasına 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb.

Səsvermədən əvvəl Rusiya tərəfi Strasburqa qurumdan çıxmaq üçün artıq ərizə təqdim edib.