Qərar verildi: Zelenski Yaponiyaya gedir
Hurriyyet.az “Unian.net” portalına istinadla xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyi Ukrayna Prezidenti Vladimir Zelenskinin Xirosimada G-7 sammiti çərçivəsində keçiriləcək Ukrayna ilə bağlı işgüzar sessiyada iştirakını təsdiqləyib. Bu barədə məlumat Yaponiya XİN-in press-relizində verilib.
Dünən Ukrayna mətbuatında yayılan xəbərlərdə Zelenskinin sammitdə onlayn iştirak edəcəyi bildirilsə də, Qərb mətbuatına məlumat verən mənbələr Zelensinin Yaponiyadakı görüşdə şəxsən iştirak edəcəyini yazmışdılar.
Sənəddə deyilir: “Prezident Zelenski sammitdə şəxsən iştirak eləmək istəyinin qəti olduğunu bildirib... Sammitin gündəliyinin diqqətlə qiymətləndirilməsindən sonra sessiyanı Prezident Zelenskinin şəxsi iştirakı ilə keçirmək qərara alınıb”.
Zelenski ilə Yaponiyanın Baş naziri Fumio Kisidanın ikitrəfli görüş keçirəcəkləri də xəbər verilb. Zelenskinin ABŞ Prezidenti Cozef Baydenlə də görüşəcəyi gözlənilir.
Qeyd edək ki, “Böyük yeddilik” ölkələri Yaponiyada dünən başlanan sammit zamanı Ukraynaya uzunmüddətli maliyyə və hərb yardımı etməyi vəd ediblər.
Xəbər verdiyimiz kimi, Zelenski dünən Səudiyyə Ərəbistanına səfər edərək Ərəb Liqası Dövlətlərinin sammitində iştirak edib və Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.
Hürr Tərcüman
![]()