Qərb buna görə məsuliyyəti üzərinə götürməlidir - Zaxarova
2021-11-10 00:15:00
Ümid edirik ki, Qərb ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Polşa-Belarus sərhədindəki miqrant böhranı ilə bağlı danışarkən deyib.
"Qərb tərəfindən uzun müddətdir propaqanda edilən "yüksək həyat standartları yalnız Qərbdə mövcuddur" düşüncələrinizə görə məsuliyyət götürməyin vaxtıdır", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Belarus-Polşa sərhədində 2 mindən çox miqrant cəmləşib. \\Axar.az