“Qərb Ermənistanı hələlik KTMT-dən çıxmamağa çağırır” – “Hraparak”
"Çünki onlar Ermənistan Respublikasının təhlükəsizliyinin təminatçısı rolunu hələ öz üzərlərinə götürə bilmirlər
Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənitanda dərc edilən “Hraparak” qəzeti Qərbin Ermənistanı KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çıxmamağa çağırdığını yazıb.
Nəşr yazır: “Bizim mənbələr bildirirlər ki, (Ermənistanın Baş naziri Nikol) Paşinyan ötən həftə Cermuxda səfirlərlə görüşü zamanı Makronun KTMT-dən çıxmaması üçün ona xəbərdarlıq elədiyini etiraf edib – çünki hələlik onlar Ermənistan Respublikasının təhlükəsizliyinin təminatçısı rolunu öz üzərlərinə götürə bilmirlər. Ermənistanın ABŞ-dakı səfiri Makunts isə ABŞ-ın Dövlət katibi Entoni Blinkeninin də ona eyni xəbərdarlığı elədiyini söyləyib”.
Hürr Tərcüman