📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərb mətbuatı onu Kursk məğlubiyyətinin səbəbkarı adlandırdı

2024-08-21 16:17:10

Qərb mətbuatı onu Kursk məğlubiyyətinin səbəbkarı adlandırdı

Hurriyyet.az xəbər verir ki, “The Wall Street Journal” qəzeti Rusiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadla general-polkovnik Aleksandr Lapinin Kursk vilayətinin əldən verilməsində əsas günahkarlardan biri hesab edildiyini yazıb. O, mayın 15-də Leninqrad hərbi dairəsinin rəisi təyin edilib. Lapinin Kursk vilayətinin  müdafiəsi üzrə idarələrarası şuranı ləğv etməsinin sərhəd mühafizəsini zəiflətdiyi qeyd olunur - bu şura ordu və təhlükəsizlik qüvvələrini birləşdirirdi.
Lapin əvvəllər Quru Qoşunlarının qərargah rəisi olub, Suriya və Ukraynada "Mərkəz" qrupuna komandanlıq edib. 2022-ci ilin oktyabrında Krasnı Limandakı uğursuzluqlara görə Ramzan Kadırovun tənqidindən sonra Lapin bu vəzifədən uzaqlaşdırılıb.
2022-ci ildə Lapin oğlunu Sumi və Çerniqova qarşı uğursuz hücumda iştirakına görə kameralar qarşısında mükafatlandırdıqdan sonra diqqət mərkəzinə çevrilib. Elə həmin il çağırışçını cəbhəyə qayıtmağa məcbur etmək üçün onun başına tapança dayamışdı.
Hürr Tərcüman