📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərb nə qədər dəstək verəcək? - Zelenski əmin deyil

2022-03-02 09:17:00

Qərb nə qədər dəstək verəcək? - Zelenski əmin deyil

Zelenski NATO-nun Ukraynaya hüquqi təhlükəsizlik zəmanəti verməsini istədi. Eyni istəyi müharibədən öncə - fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında da səsləndirmişdi.

Müharibənin gedişində yenidən məsələni gündəmə gətirir və əlavə edir ki, bu təminat ölkəsinin ərazi bütövlüyü və sərhədlərinin qorunması üçün lazımdır.

Bu açıqlamanı necə oxuya bilərik?

- Kiyevdə Qərbin sona qədər dəstək verəcəyi əminliyi yoxdur;

- Kiyevin mümkün danışıqlar masasında ərazi bütövlüyünün nəzərə alınmaması qorxusu var: bu, Qərb və Rusiyanın müharibənin gedişində Ukraynanı nəzarət zonalarına bölməsi ilə bağlı ola bilər.

Bu risklərlə üzləşməməsi üçün Ukraynaya hüquqi sənəd lazımdır. Və Zelenski Qərb cəbhəsinə keçdiyi zaman torpaqlarını – Krımı, Donbası geridə qoymaq istəmir.