"Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə ehtiyacımız var" - ELXAN ŞAHİNOĞLU
"Emənistan “Qarabağın ağır sosial durumu” və “Laçın yolu” mövzularını yenidən BMT-də müzakirəsini təşkil etməyə çalışacaq"
"BMT Təhlükəsizlik Şurası eyni mövzuya qayıda bilərmi? Bu mümkündür. Emənistan “Qarabağın ağır sosial durumu” və “Laçın yolu” mövzularını yenidən BMT-də müzakirəsini təşkil etməyə çalışacaq". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq hesab edir ki, Azərbaycan diplomatiyası həmin günə qədər fəal iş aparmalı və bunun qarşısını almağa çalışmalıdır: "Misal üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Albaniyanın təmsilçisi Azərbaycanın haqlı mövqeyini dəstəkləyərkən, digər qeyri daimi üzv – Birləşmiş Ərəb Əmirlikləri “balanslı” çıxışa üstünlük verdi. Halbuki, müzakirələrdən bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ərəb həmkarıyla telefonla danışmışdı. Mən yenə də o fikrimdə qalıram ki, Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə - çalışdıqları ölkənin siyasi və ictimai dairələriylə və mediası ilə sıx kommunikasiya yarada bilən səfirlərə ehtiyacımız var".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az