Qərb ölkələrinin liderləri birgə bəyanat verdilər
2023-10-10 13:06:36
Hurriyyet.az xəbər verir ki, ABŞ, Britaniya, İtaliya, Almaniya və Fransa İsraili dəstəkləyən birgə bəyanatla çıxış ediblər. Bu barədə məlumatı “Yevropeyskaya pravda” nəşri verib.
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts birgə bəyanat yayıblar. Adları sadalanan ölkə liderləri İsrail dövlətini sarsılmaz və əlbir şəkildə dəstəklədiklərini bildiriblər, HƏMAS-ın fəaliyyətini birmənalı şəkildə pisləyiblər.
Hürr Tərcüman