"Qərb Paşinyandan Rusiyanı bölgədən çıxarmağı tələb edib" - Aİ üzvü olmaq üçün
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasından olan deputatlarla görüş zamanı ölkəsinin Avropa İttifaqının üzvü olmaq üçün ən geci payıza qədər müraciət etməli olduğunu bəyan edib. Bu barədə məlumatı "Qraparak" nəşri partiyadakı mənbələrə istinadla verib.
Qəzetin məlumatına görə, iclas martın 1-də parlamentdə keçirilib. Görüşdə nazirlərin və Təhlükəsizlik Şurasının katibinin iştirak etdiyi bildirilir.
Paşinyan açıq şəkildə bəyan edib ki, Qərb Rusiyanın regiondan sıxışdırılması üçün Ermənistandan praktiki addımlar tələb edir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur.
Qəzet yazır: "Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik maraqları onun Avropa İttifaqına üzvlüyə namizəd olmasını tələb edir. Bu, Ermənistana hərbi cəhətdən olmasa da, ən azı iqtisadi cəhətdən möhkəmlənmək imkanı yaradacaq".
Hürr Tərcüman