📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün Türkiyəni şantaj etməyə çalışır”

2022-10-31 16:30:00

“Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün Türkiyəni şantaj etməyə çalışır”

“Qərb istənilən vasitələrdən, o cümlədən şantajdan istifadə edərək Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur etməyə çalışır. Rusiya ölkələrə bu cür təzyiq üsullarını bəyənmir”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyənin “Dünya” qəzetinə müsahibəsində deyib.

"Məktubları və Türkiyə biznes birliklərinin Qərb tərəfdaşlarından aldığı telefon zənglərini belə şərh edə bilərəm ki, başa düşdüyümə görə, bu tələblər artıq heç bir vasitədən, o cümlədən sərt şantajdan çəkinmədən Türkiyəni bizə qarşı tətbiq edilən sanksiyalara qoşulmağa məcbur etməyə çalışanlar tərəfindən irəli sürülüb”,- deyə səfir bildirib. Diplomat qeyd edib ki, Rusiya belə təzyiq üsullarını bəyənmir.

“Ancaq təbii ki, qərar bizim deyil, onu Türkiyə, onun hökuməti, iş adamları və xalqı qəbul edəcək”,- deyə Yerxov əlavə edib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi yayda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Türkiyə Sənayeçilər və Sahibkarlar İttifaqına (TÜSİAD) Rusiya ilə əməkdaşlığın nəticələri ilə bağlı xəbərdarlıq göndərmişdi.

Oktyabr ayında isə ABŞ hökumət heyəti Ankaraya səfər edib və bu zaman Rusiya ilə ticarətlə bağlı məhdudiyyətləri işgüzar dairələrə xatırladıb.

Bizimyol.info