📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərb Türkiyəni sanksiyalarla təhdid edir: “Rusiya ilə yaxın münasibətlər...”

2022-08-18 14:00:00

Qərb Türkiyəni  sanksiyalarla təhdid edir: “Rusiya ilə yaxın münasibətlər...”

Türkiyənin Rusiya ilə “formal iqtisadi tərəfdaşlıq” müqaviləsi imzalayacağı təqdirdə, Vaşinqton Qərb şirkətlərinə Türkiyəni tərk eləməyi tövsiyə edəcək.

Hurriyyet.az xəbər verir ki, “Politico” nəşri adının açıqlanmasını istəməyən amerikalı məmura istinadla bu məlumatı verib.

Məmur deyib: “Biz düşünürük ki, Türkiyə biznes və kapitalın qlobal cəlbetmə mərkəzi olmalıdır. Lakin Rusiya ilə yaxın münasibətlər Türkiyənin qalan dünya ilə inteqrasiyası üçün real risklər doğuracaqdır”.

Qəzet yazır ki, “əgər Qərb Türkiyənin sanksiyalardan yayındığını isbat edə bilsə, o zaman Vaşinqton hətta Türkiyəyə qarşı valyuta sanksiyaları tətbiq edə bilər”.

Avropa İttifaqının xarici siyasət xidmətinin əməkraşı Peter Stano da Ankaranı sanksiyalardan yayınmaq  yollarının axtarışı məsələsində Rusiyaya kömək etməməyə çağırıb. O, Brüsselin “vəziyyəti diqqətlə izlədiyini” söyləyib.

Hürr Tərcüman