“Qərb Ukraynanı aldadıb”
2023-11-28 11:32:21
Hurriyyet.az xəbər verir ki, Çexiya Prezidenti Pyotr Pavl İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində Qərbin Ukrayna Silahlı Qüvvələrini artilleriya mərmiləri ilə təmin eləmək vədinə əməl eləmədiyini, F-16 təyyarələri üçün pilotların hazırlığının lazımi tempdə irəliləmədiyini deyib. Pavelin sözlərinə görə, verilən sursatlar Ukraynanın aktiv hərbi əməliyyatlar aparması üçün yetərli olmayıb. Çexiya lideri qeyd edib ki, hətta Kiyevi dəstəkləyən dövlətlərdə belə inamsızlıq artmaqdadır və bu da ukraynalılar arasında ümidsizliyin artmasına səbəb olacaq.
Hürr Tərcüman