Qərbi Azərbaycanın Türk-Müsəlman əhalisinin II Dünya müharibəsində iştirakı
Zəngəzur dağlıq silsiləsinin qərb hissəsində Oxçuçay hövzəsi boyunca Qafan nahiyəsi ərazisində uzanan kəndlər sırasında Əfsərli, Əcili və Müsəlləm kəndləri 1961-ci ilədək vahid inzibati-ərazi vahidləri, müstəqil təsərrüfatlar olsalar da, həmin ildən sonra hay kilsəsinin Türk-Müsəlman kəndlərinin yer üzündən mərhələlərlə silinməsi və əhalisinin məhv edilməsi siyasətinə rəğmən əvvəlki qədim tarixi-coğrafi irsə malik iki kənd (hər birində 30-35 ev olmaqla) 15-20 km aralıda, Oxçuçayın sol sahilindəki Müsəlləm kəndinə köçürülmüşdür.
Qərbi Azərbaycanın Oxçuçay hövzəsinin bütün Türk-Müsəlman kəndləri kimi Əfsərli, Əcili və Müsəlləm kəndlərinin sakinləri xalq təsərrüfatının bütün sahələrində olduğu kimi II Dünya müharibəsində, 1941-1945-ci illərdə də yaxından iştirak etmiş, 416-cı Taqanroq diviziyasının tərkibində Berlin şəhərinədək döyüş-cəbhə yollarında həm də canlarından belə keçmişlər.
1941-ci ildə Qafan nahiyəsinin Müsəlləm kəndindən müharibəyə yola düşənlər:
- Fərrux Məmiş oğlu Mehdiyev, subay;
- İmamxan Xanlar oğlu Vəliyev, subay;
- Quluxan Xanlar oğlu Vəliyev, subay;
- Orucqulu Mürşüd oğlu Bayramov, subay;
- Həsi Məhəmməd oğlu Əsgərov, subay;
- Sultanəli Səməndər oğlu Hüseynov, subay;
- Rəhim Kazım oğlu Şərifov, 1 oğlu, 1 qızı qalıb;
- Səmər Hümbətalı oğlu Mustafayev, 1 oğlu, 1 qızı qalıb;
- Qələm Hümbətalı oğlu Mustafayev, 1 qızı qalıb;
- Yolçu Cabbar oğlu Cabbarov, 1 oğlu, 1 qızı qalıb;
Müsəlləm kəndinin müharibə iştirakçıları:
- İmran Muxtar oğlu Muxtarov (1906-1985);
- Hilal Seyidəli oğlu Hüseynov (1906-1990);
- Bayraməli Musa oğlu Hüseynov (1910-1975);
Əfsərli kəndindən müharibəyə yola düşənlər:
- Məhəmməd Baba oğlu Babayev, subay;
- Fərman Səlimxan oğlu Səlimov, subay;
Əfsərli kəndinin müharibə iştirakçıları:
- Məhəmməd Kərim oğlu Səfərov (1890-1968), Qafan rayon Partiya Komitəsinin II katibi işləyib;
- Ocu Məhəmməd oğlu Səfərov (1907-1955);
- Allahverdi Məmmədov (1898-1968), Qafan rayon İcraiyyə Komitəsinin sədri olub;
Əcili kəndindən müharibəyə yola düşənlər:
- Alış Musa oğlu Məmmədov, subay;
- Bəhram Musa oğlu Məmmədov, subay;
-Abbas Qurban oğlu Nəzərəliyev, 1 oğlu, 1 qızı qalıb;
1988-1989-cu illərdə Qərbi Azərbaycandan zorla əski Türk ocaqlarından hay kilsəsinin təcavüzü nəticəsində doğma dədə-baba ocaqlarını tərk etməyə məruz qalan Müsəlləm kəndindən olan Mürvət Rəhim oğlu Şərifov (1932, atası Rəhim Şərifov II Dünya müharibəsinin iştirakçısı olub) 1990-cı il 20 yanvar Şəhidi olmuş, Şəhidlər xiyabanında dəfn edilib.
I Qarabağ müharibəsində isə Müsəlləm kənd sakinlərindən (əsilləri Əfsərli kəndindən idi) Əli Vaqif oğlu Məmmədov (1970-1993), Natiq Hüseynxan oğlu Orduxanov (1973-1992) Vətən uğrunda Şəhid olmuş, Şəhidlər xiyabanında müqəddəs məqamda uyuyurlar.
II Qarabağ müharibəsində Müsəlləm kəndindən İmaməli Cəlil oğlu Hüseynov (1992-2020) Cəbrayıl rayonu uğrunda döyüşlərdə Şəhid olmuş, Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
”Hüriyyət” qəzetinin 14 sentyabr 2021-ci il tarixli 84 (3184) nömrəli nəşrində Qafan nahiyəsinin Yuxarı Gilətağ kəndindən II Dünya müharibəsində iştirak edənlərin siyahısı verilmişdir. Həmin siyahıya əlavə olaraq aşağıdakıları nəzərinə çatdırırıq:
Yuxarı Gilətağ kəndin üzrə müharibədən qayıtmayan:
-İzi Məhərrəm oğlu, Ağacıqlı tayfası, 1 qızı qalıb;
müharibə veteranları:
- Əli Hümbətalı oğlu Mövsümov, Ağacıqlı tayfası, (1893-1963), Azərbaycan dili və ədəbiyyatı müəllimi olub;
- Qaraş Eyvaz oğlu İsmayılov, Mollababalı tayfası, (1989-1969);
- İsa Allahqulu oğlu Babayev, Mollababalı nəslindən, (1899-1967), rus və erməni dilləri müəllimi olub;
- Həsənqulu Səfi oğlu Quliyev, Mollababalı nəsli, (1899-1964);
- Soltan Mehralı oğlu Əzizov, Məmmədli tayfası, (1884-1964), Xırdalan şəhər qəbirstanlığında dəfn edilib;
- Bayramqulu İbiş oğlu Quliyev, Cəfərli nəsli, (1883-1963), Xırdalan şəhər qəbirstanlığında dəfn edilib;
- Şıxalı Mustafa oğlu, (1908-1978, ata-babası 1918-ci il hay-daşnak hücumlarından qurtulmaq üçün qonşu Pir Cavidan kəndindən köçüb), Sumqayıt şəhər qəbirstanlığında dəfn edilib;
Yuxarı Gilətağ kəndindən Mustafa Famil oğlu Bəbirov (Bəbirli tayfasından, 1971), Aydın Mürsəqulu oğlu Nuriyev (Əsədli tayfasından, zabit, 1938) və oğlu Aydın, Kamal Elyaz oğlu Şərbətalıyev (Ağacıqlı tayfasından, 1969) və qardaşları- Nadir (1971), Qurban (1967)... I Qarabağ müharibəsinin iştirakçılarıdır.
Qismət YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi
Qeyd: Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Qərbi Zəngəzur mahalının Qafan nahiyəsinin Müsəlləm kənd sakini Yusif Yusifovun (1941) məlumatlarından istifadə edilmişdir.