Qərbi azərbaycanlıların siyahıya alınması yekunlaşıb
2023-12-23 16:19:29
Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıya alınma prosesi artıq yekunlaşıb.
Hurriyyet.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 250 mindən çox şəxsin adı olan siyahı təqdim edilib:
"Yaxın zamanda bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək".