📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərbin istəyi baş tutdu: Rusları qızışdırıb… - Rus general

2022-03-01 13:44:00

Qərbin istəyi baş tutdu: Rusları qızışdırıb… - Rus general

Artıq Ukraynadakı gərgin vəziyyətin yaxın vaxtlarda düzələcəyinə ümüd qalmır. Qərb istədiyinə çatdı – Ukrayna 6 aya Suriyaya çevrıləcək. Bir tərəfdən rusları, digər tərəfdən ukraynalıları qızışdırıb (ən güclü silah sayılan informasiya müharibəsinin gücü ilə) Ukraynanı platsdarm edə bildilər.

Hurriyyet.az xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalında yayımlanan “60 minut” verlişinin efirində rusiyalı hərbi ekspert, ehtiyatda olan general-leytinant Yevgeni Bujinski bölüşüb.

Onun sözlərinə əsasən, Kiyev artıq anlamağa başlayır ki, bu bir oyun idi, qurban da elə Ukraynanın özü oldu:

“Bəzi ölkələrin Ukaynanı ən qabaqcıl silah-sursatla, hətta hərbi aviasiya - qırıcılar ilə təmin etmək niyyətində olduqları barədə məlumatlar ondan xəbər verir ki, prosses uzanacaq. Bu qırıcılar Ukraynaya gələsi, onları idarə edəcək pilotların təlimləri, maddi-texniki bazasının yaradılması vaxt aparan bir prossesdir. Bu o deməkdir ki, Qərbin planı bu münaqişəni daha da dərinləşdirməkdir - Suriyada, İraqda olduğu kimi”, - deyə o qeyd edib.