📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərbin Kiyevə hərbi yardım üzrə qrupu Brüsseldə görüşəcək

2022-05-24 09:07:00

Qərbin Kiyevə hərbi yardım üzrə qrupu Brüsseldə görüşəcək

Qərbin Ukraynaya Hərbi Yardım üzrə Koordinasiya Qrupu iyunun ortalarında Brüsseldə üzbəüz görüş keçirəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib.

“Biz gələn ay təmas qrupunun üçüncü iclasını keçirəcəyik. İyunun 15-də əyani formatda Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində görüş olacaq”, - deyə ABŞ hərbi departamentinin rəhbəri bildirib.

Eyni zamanda o, bildirb ki, bu Şimali Atlantika Alyansı çərçivəsində keçirilən görüş olmayacaq.