📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qərbin sanksiyalarından qorxmuruq” – Oxanaşvili

2024-05-13 20:49:16

“Qərbin sanksiyalarından qorxmuruq” – Oxanaşvili

““Xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndələrinə qarşı tətbiq oluna biləcək sanksiyalardan qorxmuruq”.
Bunu Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsinin rəhbəri Anri Oxanaşvili jurnalistlərə bildirib.
“Biz xalqımızın mənafeyindən çıxış edirik, buna görə də həqiqət bizim tərəfimizdədir və kimsə ölkənin maraqlarına uyğun hərəkət etdiyinə görə kiməsə qarşı sanksiyalar tətbiq etmək istəyirsə, problem yoxdur”, - Oxanaşvili deyib.
Qeyd edək ki, Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi bazar ertəsi xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. \\Yeniavaz.com