"Qərblə siyasi əlaqələrini inkişaf etdirən İrəvan Rusiyaya qarşı yeni cəbhə açıb" - POLİTOLOQ
"Düşünürəm ki, Rusiya istehsalı olan silahların Ukraynaya tədarükü reallaşsa, o zaman Rusiya-Ermənistan əlaqələri kəsiləcək"
"Ermənistan rəhbərliyi arsenalında olan Rusiya istehsallı zirehli texnika və artilleriya vasitələrini Ukraynaya göndərəcək. Fransanın və Hindistanın Ermənistana silah tədarükü fonunda Ermənistan Rusiya silahlarından imtina etməyi planlaşdırılır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq bildirib ki, Qərblə siyasi əlaqələrini inkişaf etdirən İrəvan Rusiyaya qarşı yeni siyasi cəbhə açıb: "Əgər Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri reallaşarsa, o zaman o, Nikol Paşinyandan Rusiya istehsallı silahları istəyəcək. Çünki Zelenski Ermənistana gəlib əliboş qayıtmayacaq. Qərb də Ermənistanın Rusiya istehsalı olan silahların Ukraynaya verməsində maraqlıdır. Düşünürəm ki, Rusiya istehsalı olan silahların Ukraynaya tədarükü reallaşsa, o zaman Rusiya-Ermənistan əlaqələri kəsiləcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az