Qətər-2022 – Stadionlarda içki satılmayacaq!
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Qətərdə keçiriləcək 2022-ci il FİFA Dünya Kuboku zamanı stadionlarda alkoqollu içkilər satılmayacaqdır. Qərar Qətər dövlətinin rəhbərliyinin təzyiqi ilə qəbul edilib.
FİFA-nın rəsmi açıqlamasında deyilir: “Ev sahibi ölkənin rəsmiləri ilə aparılan danışıqlar nəticəsində FİFA tərəfdar festivalında, digər tərəfdar ərazilərində, lisenziyalı məkanlarda alkoqollu içkilərin satışının olmaması, 2022-ci il Dünya Kuboku keçirilən stadionların ətraflarında pivə satışı nöqtələrinin yerləşdirməməsi qərara alınıb”.
Açıqlamada sponsor pivə markasının alkoqolsuz pivələrinin stadionlarda satılmasına icazə verildiyi qeyd edilir.
Futbol üzrə 2022-ci il Dünya Çempionatı 20 noyabr tarixində başlayacaq və 18 dekabra qədər davam edəcək.
Hürr Tərcüman